Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb

S.Xankişiyeva10:51 - 17 / 08 / 2021
Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb

Türkiyənin Qaradəniz bölgəsində baş verən sel fəlakəti nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib.

Ölənlərin 62-si Kastamonu, 14-ü Sinop, biri isə Bartın sakinidir.

Hazırda bölgədə axtarış-xilasetmə, eləcə də təmizlik və bərpa işləri davam etdirilir.

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər