Azərbaycan Prezidenti Kəlbəcərdəki hərbi hissədə yaradılan şəraitlə tanış olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti Kəlbəcərdəki hərbi hissədə yaradılan şəraitlə tanış olub - FOTO

S.Xankişiyeva12:51 - 17 / 08 / 2021
Azərbaycan Prezidenti Kəlbəcərdəki hərbi hissədə yaradılan şəraitlə tanış olub - FOTO

Kəlbəcər rayonuna səfəri çərçivəsində Prezident, Ali Baş Komandan İlham Əliyev Kəlbəcər şəhərindəki N saylı hərbi hissəyə gəlib.

1news.az-ın verdiyi xəbərə görə, Quru qoşunları komandanı general-mayor Ənvər Əfəndiyev Ali Baş Komandan İlham Əliyevə raport verib.

-Cənab Ali Baş Komandan quru qoşunlarının əməliyyat şəraitində dəyişiklik olmayıb, hadisə baş verməyib.

Prezident, Ali Baş Komandan hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, burada hərbi qulluqçuların xidməti yüksək səviyyədə aparması üçün hər cür şərait yaradılıb. Bu da hərbi qulluqçularımıza Vətənin keşiyində hər zaman ayıq-sayıq durmağa, onu düşməndən layiqincə müdafiə etməyə imkan verir.

Paylaş:
675

Son xəbərlər

Bütün xəbərlər