Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb

S.Xankişiyeva14:32 - 18 / 08 / 2021
Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb

“IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər