Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiq olunacağı tarix dəqiqləşib | 1news.az | Xəbərlər
İdman

Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiq olunacağı tarix dəqiqləşib

S.Xankişiyeva14:17 - 19 / 08 / 2021
Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiq olunacağı tarix dəqiqləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiq ediləcəyi vaxt bəlli olub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə AFFA-nın İcraiyyə Komitəsi qərar çıxarıb.

Qərara əsasən, Premyer Liqada VAR-la bağlı tender sənədlərinə uyğun olaraq müvafiq hüquqi prosedurların icrasına başlanılacaq. 2021/2022-ci il mövsümünün qış fasiləsindən sonra VAR sisteminin tətbiqi nəzərdə tutulur.

Sentyabrın 1-dən isə Premyer Liqa hakimləri ilə əlaqədar “Peşəkar hakim” sistemi tətbiq olunacaq.

Paylaş:
857

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər