Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir – FOTO – VİDEO

S.Xankişiyeva12:27 - 19 / 08 / 2021
Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir – FOTO – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, məşqlər zamanı çətin relyefli ərazidə şərti düşmənin qurduğu mühəndis maneələrindən piyada və döyüş texnikası üçün keçidlər açılır, kolon yolları hazırlanır, maneələr üzərində körpülər qurulur.

Hərbi mühəndislər taktiki-xüsusi məşqlər zamanı qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir.

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər