Hulusi Akar: Ermənistan silahlı qüvvələrinin təxribatlarını yaxından izləyirik | 1news.az | Xəbərlər
Siyasət

Hulusi Akar: Ermənistan silahlı qüvvələrinin təxribatlarını yaxından izləyirik

S.Xankişiyeva17:51 - 20 / 08 / 2021
Hulusi Akar: Ermənistan silahlı qüvvələrinin təxribatlarını yaxından izləyirik

"İşğaldan azad edilmiş Qarabağ torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması hallarını və bununla əlaqədar bütün hadisələri yaxından izləyirik".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir Azərbaycan və Türkiyənin dövlət başçıları, habelə müdafiə nazirləri səviyyəsində sıx müzakirələrin aparıldığını qeyd edib:

"Ölkə başçıları - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev, həmçinin mən və dəyərli müdafiə naziri Zakir Həsənovla gecə-gündüz demədən təmaslarımızı davam etdiririk. Dolayısıyla, azad edilmiş torpaqlarda atəşkəsin pozulması hallarını yaxından müşahidə edirik, tələbimiz və arzumuz isə ondan ibarətdir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hallara son qoysun və regiona sülh, əmin-amanlıq gəlsin".

Hulusi Akar Azərbaycan və Türkiyənin daim sülhün və rifahın təmin edilməsi üçün lazımi addımları atdığını vurğulayıb:

"Bu mənada, qeyd etdiyimiz atəşkəsin pozulması hallarının heç kimə bir faydası yoxdur. Türkiyə olaraq biz dünən də, bu gün də Azərbaycanın yanındayıq və onun haqlı mübarizəsini dəstəkləyirik. Bu dəstəyi sonadək davam etdirəcəyimizə heç kimin şübhəsi olmasın" - nazir əlavə edib.

Paylaş:
508

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər