Müdafiə nazirinin müavini “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının açılış mərasimində iştirak edib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə nazirinin müavini “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının açılış mərasimində iştirak edib – FOTO – VİDEO

S.Xankişiyeva12:06 - 24 / 08 / 2021
Müdafiə nazirinin müavini “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının açılış mərasimində iştirak edib – FOTO – VİDEO

Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov avqustun 23-də “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazir müavini, həmçinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularla görüşüb və yarışlarda onlara uğurlar arzulayıb.

“Beynəlxalq Ordu Oyunları - 2021” çərçivəsində yaradılan “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərləri özündə əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olan nazir müavini yaradıcı kollektivə uğurlar diləyib.

Paylaş:
725

Son xəbərlər

Bütün xəbərlər