Azərbaycan əsgəri bədbəxt hadisə nəticəsində həlak olub - MN | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan əsgəri bədbəxt hadisə nəticəsində həlak olub - MN

S.Xankişiyeva12:33 - 28 / 08 / 2021
Azərbaycan əsgəri bədbəxt hadisə nəticəsində həlak olub - MN

“Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb”.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub: “İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır”.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur: “Bir daha dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyini diqqətə çatdırırıq”.

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər