Gürcüstanda 4,4 bal gücündə zəlzələ olub | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda 4,4 bal gücündə zəlzələ olub

13:26 - 03 / 09 / 2021
Gürcüstanda 4,4 bal gücündə zəlzələ olub

Sentyabrın 3-də səhər saatlarında Gürcüstan-Rusiya dövlət sərhədi yaxınlığında zəlzələ qeydə alınıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilir ki, yeraltı təkanlar səhər saat 07:34-də, 4,4 bal gücündə olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər