Türkiyə ilə Azərbaycan arasında imzalanmış üç müqavilə qüvvəyə minib | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə ilə Azərbaycan arasında imzalanmış üç müqavilə qüvvəyə minib

S.Xankişiyeva10:07 - 04 / 09 / 2021
Türkiyə ilə Azərbaycan arasında imzalanmış üç müqavilə qüvvəyə minib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış üç müqavilənin qüvvəyə minmə tarixlərini təsdiq edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə qərarlar Resmi Gazete-də dərc olunub:

25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Anlaşma”, 31 oktyabr 2017-ci ildə Bakı şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Müdafiə Sənayesi Anlaşması”, 25 aprel 2018-ci ildə Ankara şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Mədəniyyət Mərkəzlərinin Qurulması, İşlədilməsi və Fəaliyyətləri Haqqında Anlaşma” sənədlərinin qüvvəyə minmə tarixləri təsdiq olunub.

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər