Hakimi döydü, ömürlük futboldan uzaqlaşdırıldı
Ukraynanın "Olimpiya" klubunun baş məşqçisi Aleksandr Kulik ağır cəza ilə üzləşib.
1news.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ukrayna Futbol Assosiasiyasının qərarına əsasən, o, ömürlük futboldan uzaqlaşdırılıb.
Kulikin ömürlük futboldan uzaqlaşdırılması ilə nəticələnən hadisə isə Ukrayna kubokunun "Volçansk"la matçda baş verib. Belə ki, matçın baş hakimi oyunun gedişində "Olimpiya"nın qolunu saymayıb və Kuliki texniki zonadan kənarlaşdırıb.
Final fitindən sonra isə meydana daxil olan baş məşqçi hakimi yumruqlayıb. İnsidentdə iştirak edən "Olimpiya"nın futbolçusu Aleksandr Qrabar da cəzalandırılıb. O, iki illik diskvalifikasiya olunub. Bundan başqa, komandanın rəisi Dmitri Qalitskiyə bir illik cəza verilib.
1news.az