Şimali Koreya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Xalq Demokratik Respublikasının Olimpiya Komitəsini cəzalandırıb.
Milli qurum Tokio Olimpiya Oyunlarında iştirak etmədiyinə görə, BOK-un sıralarından kənarlaşdırılıb.
1news.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın rəhbəri Tomas Bax BOK-un icraiyyə komitəsinin iclasının yekunlarını açıqlayarkən bildirib.
Onun sözlərinə görə, Şimali Koreyanın qurumdan kənarlaşdırılması müvəqqəti xarakter daşıyır və qərar 2022-ci ilin sonunadək qüvvədə qalacaq. Bu müddət ərzində ölkənin Olimpiya Komitəsinə heç bir dəstək və yardım göstərilməyəcək.
Qeyd edək ki, Şimali Koreyanın Olimpiya Komitəsi son Olimpiya Oyunlarında iştirakdan imtina edən yeganə komitə olub.
1news.az