Qarabağı yenidən qurmalı və bərpa etməliyik - Türkiyəli deputat | 1news.az | Xəbərlər
Siyasət

Qarabağı yenidən qurmalı və bərpa etməliyik - Türkiyəli deputat

S.Xankişiyeva17:26 - 11 / 09 / 2021
Qarabağı yenidən qurmalı və bərpa etməliyik - Türkiyəli deputat

Qarabağı yenidən qurmalı və bərpa etməliyik. İş adamlarımız energetika, mədən sənayesi, kənd təsərrüfatı və digər istiqamətdə fəaliyyət göstərmək üçün gələcək və Qarabağı canlandıracaq.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Ağdamda səfərdə olan Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının Türkiyə Böyük Millət Məclisindəki deputatı İbrahim Kürşat Tuna bildirib.

O deyib: “Ermənilərin azərbaycanlılara və türklərə etdiyi vəhşilikləri hamımız bilirik. Onlar tariximizə, memarlığımıza, hisslərimizə böyük zərbə vurublar. Zülm yerdə qalmadı və Qarabağ yenidən bizimdir”.

Paylaş:
793

Son xəbərlər

Bütün xəbərlər