Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazandı | 1news.az | Xəbərlər
İdman

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazandı

09:17 - 13 / 09 / 2021
Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazandı

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübarizə aparıb. Onların ikisi yeniyetmələr, ikisi isə gənclər arasında qüvvəsini sınayıb. Sevindirici haldır ki, güləşçilərimizin hamısı Avropa çempionatında fəxri kürsüyə qalxıb.

Musa Ağayev Moldova güləşçisinə və daha sonra 2 ispan rəqibinə qalib gələrək yarımfinala yüksəlib. Ukrayna güləşçisinə də heç bir şans tanımayan Musa adını finala yazdırıb. Həlledici görüşdə yenidən Moldova təmsilçisiylə üz-üzə gələn Ağayev bu görüşdə də tam üstünlüklə qələbə qazanaraq Avropa çempionu olub.

Hüseyn Əliyev təsnifat mərhələsində Türkiyə güləşçisini mübarizədən kənarlaşdırıb. Yunanıstanın iki təmsilçisinə 3:1 hesabıyla qalib gələn həmyerlimiz Moldova idmançısını sonuncu xal prinsipinə əsasən üstələyib. İspaniyadan olan həmkarını xal vermədən məyus edən Hüseyn finala vəsiqə qazanıb. Rumıniya güləşçisiylə gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada minimal fərqlə uduzan Əliyev gümüş medal əldə edib.

Rübail İbrahimli Bolqarıstan, Norveç və Yunanıstan güləşçilərindən güclü olub. Ancaq yarımfinalda türkiyəli rəqibinə minimal fərqlə uduzub. Ruhdan düşməyən Rübail bolqar rəqibinə növbəti dəfə qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Fərid Cabbarov Avropa çempionatına Portuqaliya idmançısı üzərində qazandığı inamlı qələbəylə start verib. Gənc pəhləvanımız daha sonra Yunanıstanın iki güləşçisiylə qarşılaşıb. Onlardan birinə qalib gələn Fərid digərinə məğlub olub. Ancaq bu məğlubiyyət onun yarımfinala yüksəlməsinə əngəl olmayıb. Ukrayna təmsilçisini 3:0 hesabıyla üstələyən Cabbarov finala adlayıb. Həlledici görüşdə həmyerlimiz 3-cü turda məğlub olduğu Yunanıstan güləşçisiylə üz-üzə gəlib. Finalda yerli idmançıdan revanşı alan Fərid Avropa çempionu olub.

Beləliklə, millimiz AÇ-də uğurlu çıxış edərək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

1news.az

Paylaş:
954

Sizin üçün xəbərlər

Son xəbərlər

ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49
Bütün xəbərlər