Benzinin qiyməti yalnız bu halda düşə bilər - Ekspert çıxış yolunu göstərdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Benzinin qiyməti yalnız bu halda düşə bilər - Ekspert çıxış yolunu göstərdi

12:31 - 16 / 09 / 2021
Benzinin qiyməti yalnız bu halda düşə bilər - Ekspert çıxış yolunu göstərdi

Xəbər verdiyimiz kimi, Azərbaycanda AI-95 ("Premium") və AI-98 ("Super") benzinlərinin qiyməti 1,45 və 1,6 manatdan müvafiq olaraq 1,6 və 1,9 manata qalxıb.

Bununla bağlı 1news.az-a danışan SOCAR PETROLEUM mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirib ki, ölkədə “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin qiymətində bahalaşması idxal olunduğu ölkədə qiymət artımı ilə əlaqədardır.

Elə iqtisadçı-ekspert Eldəniz Əmirov da 1news.az-a açıqlamasında bildirdi ki, benzinin qiymətinin qalxması birbaşa idxal olunduğu ölkədən asılıdr:

“Benzinin idxal olunduğu ölkədə qiymətinin artması, bizdə də qiymət artımına səbəb olub. Düşünürəm ki, bu problemin yaşanmaması üçün mütləq şəkildə 95 markalı benzinin ölkəmizdə istehsalına nail ola bilərdik. Düzdür, hazırda 95 markalı benzinin istehsalı üçün addımlar atılır, müqavilələr bağlanıb, müəyyən emal zavodlarında iş gedir. Bu proses daha öncədən olsaydı, yaxşı olardı”.

Ekspert əlavə etdi ki, ölkəmizdə 95 markalı benzin istehsal olunduqdan sonra da onun qiyməti ölkəmizə idxal olunan benzinin qiymətindən asılı olaraq dəyişəcək. Buna səbəb istehsal edəcəyimiz benzinin daxili tələbatı ödəmək gücündə olmamasıdır. Bilirik ki, getdikcə ölkədə avtomobillərin sayı artır və gələn yeni avtomobillər də 95 markalı benzinlə işləyir. Bu benzinlərə olan tələbatın artması fonunda 95 markal benzin kifayət etməyəcək”.

İqtisadçının fikrincə, istehsal potensialını artırmaq üçün daha geniş miqyasda investisiyalar yatırmaq və emal sahəsini artırmaq lazımdır:

“Əgər yerli istehsalda həcmləri artırıb, tələbatı ödəyə bilsək, qiymət düşə bilər. Əksinə olduğu təqdirdə isə qarşıdakı illərdə də artım qaçılmaz olacaq. Amma onu da deyim ki, benzinin qiymətindəki artım digər sahələrdə qiymət artımına səbəb olmayacaq. Çünki ölkəmizə gətirilən və ölkəmizdə istehsal olunan logistik malların maya dəyəri bu markaların qiymətindən asılı deyil”.

Qeyd edək ki, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti hər litrə müvafiq olaraq 1 manat, dizelin qiyməti isə 0,80 manat təşkil edir.

Aytən Sakitqızı

Paylaş:
519

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər