“Qərbin anti-Azərbaycan şəbəkələri daim məqam gözləyir” – Tural İsmayılov | 1news.az | Xəbərlər
Siyasət

“Qərbin anti-Azərbaycan şəbəkələri daim məqam gözləyir” – Tural İsmayılov

13:54 - 22 / 09 / 2021
“Qərbin anti-Azərbaycan şəbəkələri daim məqam gözləyir” – Tural İsmayılov

“Mediada Qərbdən yeni informasiya hücumları olacağı ilə bağlı yayılan informasiya narahaedicidir”.

Bu fikirləri 1news.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib:

“KİV iddia edir ki, Vətən Müharibəsində tarixi Qələbənin birinci ildönümü ərəfəsində Azərbaycanın dövlət siyasəti, ölkədə mövcud durum və hakimiyyətdə təmsil olunmuş müxtəlif yüksək vəzifəli şəxslərə qarşı müəyyən dairələr ünvanlı qarayaxma kampaniyasına başlamaq niyyətindədirlər. Ümumiyyətlə, ölkəmizin qazandığı tarixi qələbə fonunda erməni lobbisinin təsirində olan müəyyən qüvvələrin fəallaşmağı gözləniləndir. Azərbaycan hazırda regional güc mərkəzidir, bu isə müəyyən qüvvələri ciddi formada narahat edir. Qərbin müəyyən dairələrinin və onların təsiri altında olan media və QHT-lərin, ekspertlərin bu tipli hücumları əvvəlki illərdə də müşahidə olunub.

Hər dəfə Azərbaycanla bağlı mühüm məsələlər gündəlikdə duranda və ya Azərbaycanda beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək tədbirlər keçiriləndə (Eurovision 2012, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, mühüm enerji və iqtisadi layihlər, beynəlxalq siyasi, iqtisadi, mədəni tədbirlər) bu tipli hücumlar və qarayaxma kampaniyaları təşkil olunur. İndi də Vətən Müharibəsinin 1 illiyi yaxınlaşır. Ölkədəki yüksək vətənpərvərlik, xalq-iqtidar birliyinin yüksək səviyyədə olmağı reallıqdır. Erməni yedəyində olanlar dezinformasiya hücumları hazırlamaq üçün müxtəlif dövrlərdə təliamtlar alırlar.

Qərb dairələri Azərbaycanın müharibədə qələbəsini həzm edə bilmirlər və sülh prosesinə zərbə vurmağa çalışırlar. Almaniya və ABŞ mediasında son zamanlar təşkil olunan ünvanlı qarayaxma kampaniyalarının əsas məqsədi də budur. Almaniya mediasının hansı qüvvələrə xidmət etməyi ilə bağlı geniş təhlillərimiz çox olub. Həmin dairələr qondarma problemləri ortaya atır, onun beynəlxalq miqyasda müzakirəsini təşkil etməyə, mövzunu Azərbaycanın informasiya məkanına keçirtməyə çalışırlar. Azərbaycan ictimaiyyəti, mediası belə məsələlərdə həssas olmalı, bu tipli kampaniyaları təşkil edənlərə və daxildə ondan yararlanmağa çalışanları meydan verməməli və öz qəti sözünü deməlidir”.

Politoloq qeyd edib ki, Qərb imperializminin olduğu hər yerdə anarxiya, xaos və xalqların göz yaşları var, Azərbaycanda isə güclü siyasi iradə mövcud olduğu üçün növbəti kampaniya da fiaskoya məhkumdur.

1news.az

Paylaş:
639

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18
Bütün xəbərlər