UEFA qadınlar arasında Avropa çempionatının mükafat fondunun artırılmasını təsdiqləyib | 1news.az | Xəbərlər
İdman

UEFA qadınlar arasında Avropa çempionatının mükafat fondunun artırılmasını təsdiqləyib

17:13 - 23 / 09 / 2021
UEFA qadınlar arasında Avropa çempionatının mükafat fondunun artırılmasını təsdiqləyib

UEFA-nın İcraiyyə Komitəsi qadın futbolçular arasında Avropa çempionatının mükafat fondunun artırılmasını təsdiqləyib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qadınlar arasında Avropa çempionatı 2022-ci ildə İngiltərədə keçiriləcək. Qərara əsasən, 16 komanda 16 milyon avroluq mükafat uğrunda mübarizə aparacaq. 2017-ci ildə Niderlandda keçirilmiş Avropa çempionatında mükafat fondu 8 milyon avro təşkil edib.

Qadınlar arasında futbol üzrə Avropa çempionatı dörd ildən bir keçirilir. Keçən il təşkili planlaşdırılan turnir koronavirus pandemiyası səbəbindən bir il təxirə salınıb.

Paylaş:
2169

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər