ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkürünü bildirib
Sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, həmin görüşdən sonra Viktoriya Nuland Tvitter şəbəkəsində öz akkauntunda Ceyhun Bayramov ilə görüşə şad olması barədə qeyd edib və ABŞ-ın Əfqanıstandan təxliyə səylərinin reallaşmasının Azərbaycan tərəfindən dəstəklənməsinə görə ölkəmizə təşəkkürünü bildirib.
523