Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib | 1news.az | Xəbərlər
Siyasət

Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib

S.Xankişiyeva11:41 - 25 / 09 / 2021
Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

Xatırladaq ki, Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər