Azərbaycan nefti 80 dollardan baha satılır
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,08 dollar azalaraq 78,56 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,03 dollar bahalaşaraq 74,86 dollar olub.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,1 dollar azalaraq 80,08 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin minimum qiyməti 2020-ci il aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il sentyabrın 27-də (80,77) qeydə alınıb. Neft qiymətlərinin artımına səbəb əksər ölkələrdə COVID-19-la bağlı yumşalmanın tətbiqi və qlobal miqyasda vaksinasiya prosesi olub.
1news.az