Ərdoğan: Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan: Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir

S.Xankişiyeva14:34 - 30 / 09 / 2021
Ərdoğan: Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir .

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

R.T. Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizi bütün bölgə üçün vacib imkan yaradacaq. Orada çəkiləcək avtomobil və dəmir yol xətti bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq:

"Azərbaycan bu dəhliz üçün çox geniş işlər görür. Təbii ki, Ermənistan tərəfi bu dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir".

Paylaş:
408

Son xəbərlər

Bütün xəbərlər