Perunun nüfuzlu media qurumu Azərbaycanın Anım Günü ilə bağlı məqalə dərc edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Perunun nüfuzlu media qurumu Azərbaycanın Anım Günü ilə bağlı məqalə dərc edib - FOTO

S.Xankişiyeva09:39 - 30 / 09 / 2021
Perunun nüfuzlu media qurumu Azərbaycanın Anım Günü ilə bağlı məqalə dərc edib - FOTO

Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış perulu jurnalist Rikardo Sançezin müəllifi olduğu “27 sentyabr – Azərbaycanda Anım Günü” başlıqlı məqalə dərc olunub (https://fpp.org.pe/27-de-septiembre-dia-del-recuerdo-en-azerbaiyan/).

Meksikadakı səfirliyimizdən 1news.az-a bildirilib ki, Xarici İşlər Nazirliyinin Anım Günü ilə əlaqədar yaydığı bəyanatda əks olunmuş məlumatlar əsasında tərtib edilmiş yazıda ötən ilin 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun növbəti təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə cavab tədbirləri gördüyü və bununla 44 günlük Vətən müharibəsinin başladığı bildirilir.

Bu müharibənin Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyduğu, nəticədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi, təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdiyi və bir milyona yaxın azərbaycanlının hüquqlarının bərpa edildiyi qeyd olunur.

Sonra Azərbaycanın ərazilərinin işğalına son qoyulmasının burada Ermənistan tərəfindən onilliklər ərzində aparılmış kütləvi minalama, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, təbii ehtiyatlarının talan edilməsi və infrastrukturun darmadağın edilməsi kimi beynəlxalq hüquq pozuntularını geniş şəkildə üzə çıxardığı deyilir. Ermənistanın çoxsaylı müharibə cinayətlərinə dair də dəlillərin aşkar edildiyi və Ermənistanı beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb etmək üçün Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə müraciətlər etdiyi diqqətə çatdırılır.

Azərbaycan hökumətinin hazırda azad olunmuş ərazilərdə yenidənqurma işləri həyata keçirdiyi, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü və bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atdığı, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər gördüyü bildirilir.

Sonda Azərbaycanın beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı kimi prinsiplərinə ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazır olduğu söylənilir.

Paylaş:
429

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər