Zığ–Hövsan avtomobil yolunun yenidən qurulmasına 4,9 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Zığ–Hövsan avtomobil yolunun yenidən qurulmasına 4,9 milyon manat ayrılıb

S.Xankişiyeva14:26 - 01 / 10 / 2021
Zığ–Hövsan avtomobil yolunun yenidən qurulmasına 4,9 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamla əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,9 milyon (dörd milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər