Ermənistanda baş qərargah rəisinin müavini də saxlanıldı
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Stepan Qalstyan saxlanılıb.
1news.az-in məlumatına görə, Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.
Qeyd olunur ki, S.Qalstyan yararsız silah-sursatın satın alınması işi ilə bağlı saxlanılıb. Onun evində axtarış aparılıb.
Xatırladaq ki, ötən gün bu məsələ ilə bağlı sabiq müdafiə naziri David Tonoyan və iş adamı David Qalstyan saxlanılmışdı.
Onlar barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
1news.az
818