“The Heritage Foundation”: İkinci Qarabağ müharibəsindən bir il sonra ABŞ Cənubi Qafqazda iştirakını fəallaşdırmalıdır | 1news.az | Xəbərlər
Siyasət

“The Heritage Foundation”: İkinci Qarabağ müharibəsindən bir il sonra ABŞ Cənubi Qafqazda iştirakını fəallaşdırmalıdır

S.Xankişiyeva17:46 - 02 / 10 / 2021
“The Heritage Foundation”: İkinci Qarabağ müharibəsindən bir il sonra ABŞ Cənubi Qafqazda iştirakını fəallaşdırmalıdır

Vaşinqtondakı “İrs Fondu” (“The Heritage Foundation”) Tədqiqat Mərkəzinin saytında bu fondun nəzdindəki Duqlas və Sara Ellison adına xarici siyasət mərkəzinin direktoru Lük Koffinin “İkinci Qarabağ müharibəsindən bir il sonra ABŞ Cənubi Qafqazda iştirakını fəallaşdırmalıdır” sərlövhəli məruzəsi dərc edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, materialda İkinci Qarabağ müharibəsinin nəticələrindən və Xəzər regionunun dəyişmiş geosiyasi reallıqlarından bəhs edilir.

Məruzənin müəllifi yazır ki, Azərbaycan özünün beynəlxalq miqyasda tanınmış sərhədlərini bərpa edib və Cənubi Qafqazda iqtisadi lider kimi qalmaqda davam edir. Bu gün Azərbaycan özünün Qərb ilə Rusiya arasında balansını saxlamağa çalışır. Bütün dünyada böyük dövlətlər arasında rəqabətin kəskinləşməsi ilə əlaqədar ABŞ Azərbaycan ilə qarşılıqlı əlaqələrini daha da fəallaşdırmalıdır.

Məruzədə qeyd edilib ki, bu günlərdə İkinci Qarabağ müharibəsinin başlanmasının birinci ildönümü olub. 2020-ci il noyabrın əvvəlində müharibə başa çatıb, Ermənistan və onun dəstəklədiyi separatçılar daha yaxşı hazırlığa malik olan və daha yaxşı təchiz edilmiş Azərbaycan Ordusuna məğlub oldular. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə və otuz illik erməni işğalına son qoymağa nail oldu. Azərbaycanın Qələbəsi Cənubi Qafqazda və Xəzər regionunda yeni geosiyasi reallıq yaratdı. Müəllif yazır ki, amerikalı siyasətçilər bu fakta xüsusi diqqət yönəltməlidirlər. Azərbaycan ABŞ-ın geosiyasi maraq dairəsinə daxil olan strateji regionda yerləşir.

Koffi yazır ki, ABŞ Azərbaycan barəsində öz xarici siyasətini hazırlayarkən beş amili nəzərə almalıdır. Budur həmin bəndlər: transatlantik cəmiyyətin enerji təhlükəsizliyinin təmin edilməsi – Azərbaycan bu prosesdə mühüm rol oynayır; böyük dövlətlərin rəqabətinin davam etməsi şəraitində Azərbaycanın geostrateji mövqeyi və Azərbaycan ilə İsrail arasında çox sıx münasibətlər olması. Bundan əlavə, Azərbaycan mühüm diplomatik vasitəçidir. O, ABŞ və Rusiyanın dövlət strukturlarının yüksəkvəzifəli nümayəndələri arasında əməkdaşlıq və görüşlər üçün dəfələrlə münasib platforma yaradıb. Nəhayət, Azərbaycan Mərkəzi Asiyanın qapısıdır.

Koffi öz məruzəsində ABŞ administrasiyasına Cənubi Qafqaz regionu barəsində düzgün siyasət qurulması üçün bir neçə addım atmağı tövsiyə edir. Koffi qeyd edir ki, Vaşinqton prezidentin Cənubi Qafqaza səfərini planlaşdırmalıdır. İndiyə qədər ABŞ-ın heç bir prezidenti hakimiyyətdə olduğu dövrdə Azərbaycana və ya Ermənistana səfər etməyib. Yalnız oğul Corc Buş 2005-ci ildə Gürcüstana səfər edib. Bu vəziyyəti dəyişmək vaxtıdır. ABŞ prezidentinin səfəri bu regionun Birləşmiş Ştatlar üçün əhəmiyyəti barədə güclü siqnal olar. Vaşinqton ABŞ-ın Azərbaycanda daha ciddi iştirakını nümayiş etdirməlidir.

Koffi daha sonra “C5+1” platformasını “C5+2” platformasına çevirməyi, oraya Azərbaycanın da daxil olmasını təklif edir. ABŞ-ın Mərkəzi Asiya ilə qarşılıqlı fəaliyyətinin uğuru olması üçün 2007-ci ildə yaradılmış təşəbbüsə Azərbaycanı da qoşmaq lazımdır. “C5” platformasında Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan iştirak edir, “+1” isə Birləşmiş Ştatlardır. Bu platformanın əsas məqsədi beş Mərkəzi Asiya respublikası ilə ABŞ-ın çoxtərəfli əməkdaşlığı üçün format yaratmaqdır. Azərbaycan Mərkəzi Asiyada yerləşməsə də, iqtisadi, mədəni, ticari, tarixi və tranzit amilləri səbəbindən transatlantik cəmiyyət üçün bu regionun qapısı sayılır.

Koffi ABŞ-ın Gəncədə də diplomatik iştirakının təsis olunmasını tövsiyə edir. Avrasiyanın strateji əhəmiyyətli hissəsində yerləşən Gəncə Azərbaycanın ikinci böyük şəhəridir.

Ekspert Transxəzər qaz kəmərinin və Ermənistanın da daxil olduğu yeni regional tranzit və enerji infrastrukturunun tikintisinə siyasi dəstək göstərməyi tövsiyə edir. Ermənistan ilə Azərbaycan arasında möhkəm sülh yaratmağın vaxtıdır. Onların qarşılıqlı iqtisadi fəaliyyətinin inkişafı münasibətlərin yaxşılaşmasına müsbət təsir göstərər.

Nəhayət, Koffi regiondakı bütün layiqli müttəfiqlərə təhlükəsizlik sahəsində kömək göstərməyi tövsiyə edir. ABŞ hökumətinin hər hansı başqa ölkəyə hərbi yardım göstərilməsi barədə qərarı Konqresdə fasiləsiz lobbiçilik edən müəyyən qrupların tələblərinə deyil, Amerikanın milli maraqlarına əsaslanmalıdır. Məsələn, “Azadlığa dəstək Aktı”na 1992-ci ildə erməni lobbisinin səyləri hesabına qəbul edilmiş 907-ci düzəliş Azərbaycana qarşı yönəlib. Bu düzəliş ABŞ-ın regionda milli maraqları üçün ədalətsiz maneədir.

Paylaş:
689

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər