Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçusunun xatirəsi yad edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçusunun xatirəsi yad edilib – FOTO

S.Xankişiyeva18:03 - 02 / 10 / 2021
Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçusunun xatirəsi yad edilib – FOTO

Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Həsən Aydın oğlu Abdullayevin bu gün İsmayıllıda il mərasimi keçirilib.

Mərasimdə DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov, İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov və şöbənin şəxsi heyəti, Daxili Qoşunların hərbi qulluqçuları, rayon rəhbərliyi, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumatda bildirilir ki, əvvəlcə şəhid H.Abdullayevin rayonunun Quşencə kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, önünə çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. Şəhidin keçdiyi döyüş yolundan, Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan H.Abdullayev Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və ölümündən sonra Prezidentin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Paylaş:
495

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər