Xızıda avtomobil yolunun tikintisinə 6,4 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Xızıda avtomobil yolunun tikintisinə 6,4 milyon manat ayrılıb

S.Xankişiyeva14:41 - 05 / 10 / 2021
Xızıda avtomobil yolunun tikintisinə 6,4 milyon manat ayrılıb

Prezident İlham Əliyev Xızı rayonunun Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamla Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,4 milyon (altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər