“Sarsılmaz Qardaşlıq-2021” birgə təliminin növbəti məşqləri keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

“Sarsılmaz Qardaşlıq-2021” birgə təliminin növbəti məşqləri keçirilib - FOTO

S.Xankişiyeva16:14 - 05 / 10 / 2021
“Sarsılmaz Qardaşlıq-2021” birgə təliminin növbəti məşqləri keçirilib - FOTO

Naxçıvanda Türkiyə və Azərbaycan hərbçilərinin “Sarsılmaz Qardaşlıq-2021” birgə təliminin növbəti məşqləri keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmi Twitter hesabında bildirilib.

“Türkiyə 3-cü Ordu Komandanlığı və Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığı hərbçilərinin iştirakı ilə keçiriləcək “Sarsılmaz Qardaşlıq-2021” təliminin məşqləri uğurla icra olunub”, - qeyd olunub.

Qeyd edək ki, Naxçıvanda sentyabrın 20-də start götürən "Sarsılmaz qardaşlıq-2021" təlimi oktyabrın 8-dək davam edəcək.

Paylaş:
573

Son xəbərlər

Bütün xəbərlər