İlham Əliyev: Həm Zəfər, həm də bərpa işləri dövlətimizin, xalqımızın gücünü göstərir | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Həm Zəfər, həm də bərpa işləri dövlətimizin, xalqımızın gücünü göstərir

S.Xankişiyeva12:48 - 05 / 10 / 2021
İlham Əliyev: Həm Zəfər, həm də bərpa işləri dövlətimizin, xalqımızın gücünü göstərir

Həm Zəfər, həm də bərpa işləri dövlətimizin, xalqımızın gücünü göstərir.

Çünki gücümüz olmasaydı, biz bu Zəfəri əldə edə bilməzdik. Mən Prezident kimi öz fəaliyyətimi bunun üzərində qurmuşdum. Çünki bizim əsas hədəfimiz Qarabağın işğaldan azad edilməsi idi.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

“Bütün başqa addımlar - Regionların sosial-iqtisadi inkişafı Proqramı, neft-qaz, nəqliyyat sahələrindəki təşəbbüslərimiz, ölkə iqtisadiyyatının canlandırılması, Neft Fondunun valyuta ehtiyatlarının toplanması, xarici siyasət, böyük dövlətlərlə münasibətlərimiz, qonşu dövlətlərlə münasibətlərimiz - bütün bu işlərin fövqündə bu müqəddəs an dayanmışdı – Zəfər Günü. Biz bütün bu gücləri səfərbər edib xalqımızın zəhməti, qəhrəmanlığı hesabına istədiyimizə nail olduq ”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Paylaş:
409

Son xəbərlər

Bütün xəbərlər