Kərim Vəliyev Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Kərim Vəliyev Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub – FOTO

S.Xankişiyeva12:17 - 06 / 10 / 2021
Kərim Vəliyev Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub – FOTO

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin (HHQ) Mərkəzi Komanda Məntəqəsində (MKM), o cümlədən Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsi Mərkəzi Rabitə Qovşağının Peyk Rabitəsi İdarəetmə Mərkəzində olub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, müdafiə nazirinin müavini – HHQ komandanı general-leytenant Ramiz Tahirov müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş komanda məntəqəsinin fəaliyyəti barədə Baş Qərargah rəisinə məruzə edib. Bildirilib ki, ən yeni texnoloji avadanlıqla təchiz edilmiş MKM qarşıya qoyulan döyüş tapşırıqlarının HHQ tərəfindən operativ icrasını təmin edir.

Qeyd edilib ki, Vətən müharibəsi dövründə komanda məntəqəsindən döyüşlərin fasiləsiz idarə olunması və ordu aviasiyasının döyüş tapşırıqlarının uğurlu icrasına nəzarət həyata keçirilib. Bu da Azərbaycan HHQ-nin döyüş əməliyyatları boyunca düşmən üzərində hava üstünlüyünün saxlanılmasını təmin edib.

Sonra Baş Qərargah rəisi Peyk Rabitəsi İdarəetmə Mərkəzində olub. Bildirilib ki, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabitə sistemi əsasən “Azərkosmos” ASC-nin peyki üzərindən fəaliyyət göstərir.

Baş Qərargah rəisi azad olunmuş ərazilərimizdə yerləşən qoşunlarımızın dayanıqlı və təhlükəsiz rabitəsinin təmin edilməsi ilə bağlı Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.

Paylaş:
425

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər