Rusiyada saxta spirtli içkidən 14 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada saxta spirtli içkidən 14 nəfər ölüb

09:28 - 08 / 10 / 2021
Rusiyada saxta spirtli içkidən 14 nəfər ölüb

Rusiyanın Orenburq vilayətində 14 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

1news.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə regional hökumətin mətbuat xidmətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "İndiyə qədər 22 zərərçəkən qeydə alınıb. Onlardan 14 nəfəri ölüb, digərləri isə xəstəxanadadır. Metanol zəhərlənməsi faktları üç rayonda qeydə alınıb: Yanenski, Dombarovski və Adamovski".

Qeyd edilir ki, insanların ölümünə səbəb olan spirtli içkilərin satışı ilə məşğul olan 3 nəfər saxlanılıb.

1news.az

Paylaş:
660

Son xəbərlər

Bütün xəbərlər