Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb | 1news.az | Xəbərlər
Siyasət

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

S.Xankişiyeva12:07 - 08 / 10 / 2021
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində COVID-19 infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti noyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət sentyabrın 1-də başa çatmışdı.

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər