Füzuli və Xocavənd rayonlarına mediatur təşkil edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil edilib – FOTO

S.Xankişiyeva14:22 - 09 / 10 / 2021
Füzuli və Xocavənd rayonlarına mediatur təşkil edilib – FOTO

Müdafiə Nazirliyi tərəfindən Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Füzuli şəhərinə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mediatur təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, media nümayəndələri bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən, həmçinin Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulardan müsahibələr götürüb və çəkilişlər aparıblar.

Hərbi qulluqçular Hadrut və Füzuli istiqamətində aparılan döyüş əməliyyatları barədə xatirələrini media nümayəndələri ilə bölüşüblər.

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər