Azərbaycan Ordusu Hadrutda hərb tarixinin ən çətin əməliyyatlarından birini həyata keçirib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusu Hadrutda hərb tarixinin ən çətin əməliyyatlarından birini həyata keçirib – FOTO

S.Xankişiyeva16:00 - 09 / 10 / 2021
Azərbaycan Ordusu Hadrutda hərb tarixinin ən çətin əməliyyatlarından birini həyata keçirib – FOTO

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsindən bir il ötür.

Ötən il məhz bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin Hadrut qəsəbəsi və 8 yaşayış məntəqəsinin azad olunduğunu elan etməsi televiziya ekranları qarşısına toplaşan milyonlarla azərbaycanlını sevincə qərq etdi.

1news.az-ın verdiyi xəbərə görə, AZƏRTAC-ın müxbirləri xalqımıza bu möhtəşəm Zəfəri bəxş edən Azərbaycan Ordusunun hərbi qulluqçularının bir neçəsi ilə elə Hadrutda həmsöhbət olublar. Onların hər biri “Bu torpaqları düşmən əsarətindən xilas etmək bizim borcumuz idi. Məkrli düşməndən qisasımızı, şəhidlərimizin qanını döyüş meydanında aldıq. Xalqımıza sevinc və Qələbə bəxş etməkdən qürurluyuq” deyib, şəhid olan döyüş yoldaşlarını ehtiramla anıblar.

Hadrut əməliyyatında iştirak edən əsgər və zabitlərimiz döyüşləri belə xatırlayırlar.

Baş leytenant Ülvi Səfiyaroğlu: “Ötən il sentyabrın 27-də Füzuli uğrunda döyüşlərə başladıq. Oktyabrın 7-dən Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində döyüşlərimiz davam edirdi. Döyüşlər xüsusi təyinatlı qüvvələrlə birlikdə aparılırdı. Biz onlara artilleriya dəstəyi göstərir və daha rahat irəliləmələrinə şərait yaradırdıq. Hadrut işğaldan azad olunduqdan sonra şəxsi heyətin əhval-ruhiyyəsi daha da yüksəldi. Ümumilikdə isə rayonlar, kəndlər, yaşayış məntəqələri düşmən tapdağından qurtulduqca daha da ruhlanır və inamla irəliləyirdik. İşğaldan azad olunmuş torpaqlarda hərbi xidməti hazırda canla-başla davam etdiririk. Xalqımızı əmin etmək istəyirik ki, erməni işğalçılarının ayağı bir də bu torpaqlara dəyməyəcək”.

Mayor Filman Məsimov: “Hər zaman Ali Baş Komandanın əmrinə müntəzir idik. Çoxdan gözlənilən məqam ötən il sentyabrın 27-də yetişdi. Həmin gün səhər saatlarında düşmənin genişmiqyaslı təxribatının qarşısının alınması məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlamaq əmrini aldıq. Bu, bizi sevindirdi. Verilən əmrdən sonra topçu kimi öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışdıq. Xüsusi təyinatlı qüvvələri atəş dəstəyi ilə təmin etmək rəhbərlik etdiyim artilleriya bölməsinə həvalə olunmuşdu və əlimizdən gələni edirdik. Hadrut uğrunda gedən döyüşlər elə də asan keçmədi. Hakim yüksəkliklərdə mövqe tutan ermənilər qoşunlarımızın irəliləməsinə hər vəchlə mane olmağa çalışırdılar. Lakin bunu bacarmadılar. Çox keçmədən Azərbaycan Ordusu Hadrutda üçrəngli bayrağımızı qaldırdı”.

Polkovnik-leytenant Firuz Bədəlov: “Biz Hadruta daxil olanda ordumuzun bölmələri artıq qəsəbəni işğalçılardan təmziləmişdilər. Bizə Azərbaycan Ordusunun digər bölmələrindən hakim yüksəklikləri təhvil almaq, onların mühafizəsini və müdafiəsini təşkil etmək tapşırılmışdı. Hadrutdan əlavə, Tuğ kəndində də bölmələrimiz yerləşdi və hakim yüksəkliklərin mühafizə və müdafiəsini təşkil etdik”.

Xüsusi təyinatlı qüvvələrin nümayəndəsi: “Hadrut çox yüksəklikdə yerləşdiyindən dağlarda döyüşmək bir qədər çətinlik yaradırdı, buna baxmayaraq qoşunlarımız daim irəliyə gedirdi. Ali Baş Komandanın bizə olan inamı, xalqımızın etimadı hər birimizə güc verirdi. Silahdaşlarımın döyüşkənliyini, torpaqlarımızı azad etməyin sevincini unutmayacağam. Hər döyüşdən qalib ayrıldıqca sevinirdik ki, ərazi bütövlüyümüz uğrunda döyüşmək və xalqımıza qürur yaşatmaq bizə qismət oldu. Bizə olan etimadı doğrultduq və torpaqlarımızı işğaldan azad etdik”.

Vətən müharibəsi qazisi, gizir Qorxmaz Teymurlu: “Öz qrupumuzla birlikdə düşməni pusquya salaraq çoxsaylı texnikasını şəxsi heyəti ilə birlikdə partladaraq məhv etdik, onların 022 xüsusi təyinatlı qüvvələrinin dörd şəxsi heyətini zərərsziləşdirdik. Üç KamAZ-a doluşmuş erməni əsgərləri Hadrut yolu ilə qaçırdı, onları da vurduq. Mən xüsusi təyinatlı bölükdə döyüşmüşəm. Burada döyüş yoldaşlarımızla birlikdə çətin günlər yaşamışıq. Bir ildən sonra bu torpaqlara yenidən ayaq basmaq isə tamam başqa hissdir. Hadrutda gedən döyüşlər indiki kimi yadımdadır. Şəhid olan və yaralanan döyüş yoldaşlarımı, onların qəhrəmanlığını heç vaxt unutmayacağam.

Döyüşlərdə üç dəfə yaralandım: Füzulidə, Hadrutda və Qubadlıda. İki dəfə döyüşləri davam etdirməyə özümdə güc tapsam da, sonuncu dəfə səhhətim buna imkan vermədi, çox təəssüfləndim. Lakin sevinirəm ki, Ordumuz düşmənə heç zaman unutmayacağı dərs verdi və Vətən müharibəsi möhtəşəm Zəfərlə bitdi”.

Hərbi ekspert, ehtiyatda olan zabit Azər Bayramov Hadrut əməliyyatının əhəmiyyətini şərh edərək deyib: “Hadrutun azad edilməsi Vətən müharibəsində dönüş nöqtəsi oldu. Hadrut çox strateji əhəmiyyətə malik, həm də Ordumuzun növbəti əməliyyatları yerinə yetirməsi üçün əsas açar yerlərdən biri idi. Azərbaycan Ordusu hərb tarixinin ən çətin əməliyyatlarından birini - sızma və dərinlikdə əməliyyatlarını icra edərək Hadrutu işğaldan azad etdi. Bu, Füzuli rayonunda yerləşən düşmən qüvvələrinin, onlara gələn təchizat və digər əlaqə yollarının kəsilməsində və mühüm strateji nöqtələrin ələ keçirilməsində önəmli rol oynadı. Hadrut azad ediləndən sonra demək olar ki, Ermənistan ordusunda çox sürətli şəkildə pərakəndəlik və fərarilik başladı, döyüş ruhu sındı. Separatçı rejimin başçısı Araik Harutyunyan kiçik qüvvələr yığaraq Hadrutun yenidən zəbt olunması üçün hücumlar təşkil edirdi. Ancaq onlar heç bir effekt vermədi. Azərbaycan Ordusu öz qalibiyyətli yürüşünü davam etdirdi və düşməni digər rayon, şəhər və yaşayış məntəqlərimizdən də qovub çıxardı”.

Həmsöhbətlərimiz 30 ilə yaxın davam edən işğala 44 gün ərzində son qoyan qəhrəman hərbçilərimizindən sadəcə bir neçəsi idi. “Məğlubedilməz erməni ordusu” mifini dağıdan, düşmənə meydanda əsl hərb və kişilik dərsi verən şəhid və qazilərimiz tariximizin şanlı səhifələrinə və xalqın yaddaşına əbədi həkk olunublar. Zəfər tariximizin hər səhifəsini vərəqlədikcə qürur duyuruq...

Paylaş:
492

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər