Azərbaycan Prezidenti Salome Zurabişviliyə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Salome Zurabişviliyə başsağlığı verib

S.Xankişiyeva16:33 - 09 / 10 / 2021
Azərbaycan Prezidenti Salome Zurabişviliyə başsağlığı verib

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti xanım Salome Zurabişviliyə başsağlığı verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, başsağlığı mətnində deyilir:

"Hörmətli xanım Prezident,

Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Paylaş:
448

Son xəbərlər

Bütün xəbərlər