Müdafiə Nazirliyi bölmələrimizin guya atəş açması barədə Ermənistan mətbuatında yayılan əsassız iddiaları təkzib edib | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi bölmələrimizin guya atəş açması barədə Ermənistan mətbuatında yayılan əsassız iddiaları təkzib edib

S.Xankişiyeva17:07 - 09 / 10 / 2021
Müdafiə Nazirliyi bölmələrimizin guya atəş açması barədə Ermənistan mətbuatında yayılan əsassız iddiaları təkzib edib

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ağdərə və Arazdəyən istiqamətində atəşkəsi pozması ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumata münasibət bildirib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən,

Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.

Paylaş:
534

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər