Türkiyə və ABŞ prezidentləri Qarabağ məsələsini müzakirə edəcəklər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Cozef Bayden ilə Qarabağ məsələsini müzakirə edəcək.
1news.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Milliyet” qəzetinə müsahibəsində bildirib.
Türkiyənin ABŞ-la geniş əlaqələri olduğunu qeyd edən mətbuat katibi R.T.Ərdoğanla C.Baydeninin “G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək zirvə toplantısı çərçivəsində baş tutacaq görüşündə müzakirə olunacaq məsələləri açıqlayıb:
“ABŞ-la geniş əlaqələrimiz var. Siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Aralıq dənizi və başqa bölgələr, qlobal problemlər. Liderlər gündəliyin əsas məsələləri olaraq bunları müzakirə edəcəklər”.
1news.az