XİN: Rusiya Qarabağ üzrə üçtərəfli razılaşmaların sözsüz yerinə yetirilməsinin tərəfdarıdır
“Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, habelə 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalarının bütün müddəalarının sözsüz yerinə yetirilməsinin tərəfdarıdır”.
1news.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi həftəlik brifinqdə deyib.
“Biz hesab edirik ki, bununla Bakı və İrəvan arasında qarşılıqlı münasibətlərin, o cümlədən ikitərəfli mürəkkəb məsələlərin normallaşması üçün mühüm imkanlar yaranacaq”, - deyə M. Zaxarova əlavə edib.
O, Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin oktyabrın 13-də Moskvada keçirilmiş görüşünə də toxunub, bunu problemlərin aradan qaldırılması, etimad mühitinin yaradılması, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması baxımından unikal format adlandırıb.
1news.az