“Ermənistan üçün ən optimal variant Azərbaycanla razılaşmaqdır” - Politoloq | 1news.az | Xəbərlər
Siyasət

“Ermənistan üçün ən optimal variant Azərbaycanla razılaşmaqdır” - Politoloq

14:53 - 14 / 10 / 2021
“Ermənistan üçün ən optimal variant Azərbaycanla razılaşmaqdır” - Politoloq

Hamıya bəllidir ki, bu gün Azərbaycan əleyhinə əsassız fikirlər səsləndirənlərdən biri də Fransa tərəfi idi. Ancaq Azərbaycan tərəi buna susmadı.Ölkə başçısı İlham Əliyev tərəfindən layiqincə adekvat cavablar verildi”.

Bu sözləri 1news.az-a açıqlamasında politoloq Elman Vəliyev deyib.


“10 noyabr bəyanatının imzalanmasının bir ili tamam olmasına az bir vaxt qalmasına baxmayaraq hələ də tərəflər arasında sülh əldə edilməyib. Azərbaycan tərəfi öz öhdəliyinə düşən vəzifəni-əsirləri geri qaytardı və hətta böyüklük göstərərək Azərbaycan qanunları çərçivəsində Qarabağda ermənilərin də yaşamasına icazə verdi. Əminəm ki, Ermənistan tərəfi də konstruktiv yanaşa bilər, sadəcə bəzi təhrikçilər tərəfindən fərqli mövqe nümayiş etdirir. Həmin təhrikçilər də yaxşı bilir ki, Ermənistan üçün ən optimal variant Azərbaycanla razılaşmaqdır. Ancaq öz maraqları naminə bölgədə uzlaşmanın olmasını istəmirlər. Bunlara baxmayaraq zənn edirəm ki, tərəflər yenidən bir araya gələcəklər və bu dəfə uzlaşma yönümlü bir qarşılaşma olacaq”

Paylaş:
206

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər