Qarabağdakı layihələrə IBF ölkələrindən investor cəlbi təşviq olunacaq – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qarabağdakı layihələrə IBF ölkələrindən investor cəlbi təşviq olunacaq – FOTO

S.Xankişiyeva17:26 - 15 / 10 / 2021
Qarabağdakı layihələrə IBF ölkələrindən investor cəlbi təşviq olunacaq – FOTO

Noyabrın 14-17-də Bakıda keçiriləcək 25-ci Beynəlxalq Biznes Forumda (İnternational Business Forum - IBF) Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının iqtisadi və investisiya potensialı xarici iş adamlarının, investorların diqqətinə çatdırılacaq, Qarabağda həyata keçirilən layihələrə IBF-ə üzv ölkələrdən investorların cəlb edilməsi təşviq olunacaq.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə tədbir münasibəti ilə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) keçirilmiş mətbuat konfransında Agentliyin İdarə Heyətinin (İH) sədri Orxan Məmmədov məlumat verib.

Mətbuat konfrası KOBİA, eləcə də Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə həmçinin Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, MÜSİAD-ın İdarə Heyətinin sədri Mahmut Asmalı, “MÜSİAD Azərbaycan”ın İH-nin sədri Abdurrahman Uzun IBF-in prezidenti və MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar iştirak ediblər.

Mətbuat konfrasında IBF barədə ətraflı məlumat verilib, Azərbaycan və Türkiyə media nümayəndələrinin sualları cavablandırılıb. Qeyd olunub ki, 1995-ci ildən etibarən hər il müxtəlif ölkələrdə keçirilən Forumun məqsədi ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi, eləcə də post-COVİD dövründə ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, birgə təşəbbüslərin reallaşdırılmasıdır.

2020-ci ilin noyabr ayında Türkiyənin İstanbul şəhərində keçirilmiş 24-cü IBF çərçivəsində KOBİA və Forum rəhbərliyi arasında müvafiq tədbirin Bakıda keçirilməsi barədə razılıq əldə olunub və bu məqsədlə bu il iyulun 6-da tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Forum Azərbaycanın İqtisadiyyat Nazirliyinin və Türkiyənin icarət Nazirliyinin dəstəyi, KOBİA, MUSİAD və IBF-in təşkilatçılığı ilə keçiriləcək. Foruma üzv olan 25 ölkədən dövlət rəsmilərinin, iş adamlarının, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palataları və biznes assosiasiyaların nümayəndələrinin iştirak edəcəyi forum çərçivəsində panel müzakirələr, ölkə təqdimatları, ikitərəfli görüşlər, sərgi və digər tədbirlər təşkil olunacaq. Forum çərçivəsində həmçinin, Azərbaycanın əlverişli biznes və investisiya mühitinin geniş investorlara tanıdılması, yerli və xarici investorlar arasında birbaşa əlaqələrin qurulması nəzərdə tutulur.

Paylaş:
466

Son xəbərlər

Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00
Bütün xəbərlər