Azərbaycan nefti bu ilin rekordunu təzələyib
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,87 dollar azalaraq 84,21 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,63 dollar ucuzlaşaraq 82,33 dollar olub.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,42 dollar artaraq 86,76 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 15-də (86,45) qeydə alınıb.
1news.az
344