Ərdoğan Azərbaycana səfər edəcəyini təsdiqlədi | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan Azərbaycana səfər edəcəyini təsdiqlədi

15:52 - 21 / 10 / 2021
Ərdoğan Azərbaycana səfər edəcəyini təsdiqlədi

Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, lakin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm.

1news.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandıran zaman deyib.

O bildirib ki, Azərbaycana səfəri çərçivəsində Füzuli aeroportu ilə bərabər, bəzi infrastrukturlarla bağlı layihələrin açılışında da iştirak edəcək.

Qeyd edək ki, Türkiyə Prezidenti oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

1news.az

Paylaş:
377

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər