Mixeil Saakaşviliyə irəli sürülən ittihamlar məlum olub | 1news.az | Xəbərlər
Dünya

Mixeil Saakaşviliyə irəli sürülən ittihamlar məlum olub

Qafar Ağayev09:15 - 21 / 10 / 2021
Mixeil Saakaşviliyə irəli sürülən ittihamlar məlum olub

Gürcüstan Prokurorluğu ölkə Cinayət Məcəlləsinin 344 -cü maddəsinin birinci hissəsinə əsasən, Gürcüstanın məhkum edilmiş Mixeil Saakaşviliyə qarşı dövlət sərhədini qanunsuz keçmə faktı üzrə ittihamın irəli sürülməsi barədə qərar çıxarıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, Gürcüstan Prokurorluğundan bildirilib ki, Daxili İşlər Nazirliyi Mixeil Saakaşvilinin sərhəddi qanunsuz keçməsi ilə bağlı araşdırmalarını davam etdirir.

Bütün zəruri prosessual və istintaq hərəkətləri aktiv rejimdə aparılır.

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər