18 yaşlı futbolçu ilə 1 milyardlıq müqavilə imzalandı | 1news.az | Xəbərlər
Futbol

18 yaşlı futbolçu ilə 1 milyardlıq müqavilə imzalandı

10:52 - 21 / 10 / 2021
18 yaşlı futbolçu ilə 1 milyardlıq müqavilə imzalandı

“Barselona” hücumçusu Ansu Fati ilə yeni müqaviləni rəsmiləşdirib.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, 18 yaşlı forvard klub prezidenti Joan Laportanın iştirak etdiyi tədbirdə yeni sözləşməyə qol çəkib.

Kataloniya təmsilçisi də rəsmi saytı vasitəsilə Fatinin 2027-ci ilin yayına qədər müqavilə imzaladığını açıqlayıb. İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 1 milyard avro olaraq təyin edilib.

Qeyd edək ki, “Barselona” bir müddət əvvəl digər yetirməsi Pedri ilə eyni şərtlərlə yeni müqavilə imzalayıb.

1news.az

Paylaş:
1231

Son xəbərlər

Bütün xəbərlər