ABŞ səfiri: “Sürətli bərpa işlərinin aparılması çox müsbət haldır” | 1news.az | Xəbərlər
Siyasət

ABŞ səfiri: “Sürətli bərpa işlərinin aparılması çox müsbət haldır”

15:23 - 27 / 10 / 2021
ABŞ səfiri: “Sürətli bərpa işlərinin aparılması çox müsbət haldır”

“Sürətli bərpa işlərinin aparılması çox müsbət haldır. Regional nəqliyyat dəhlizləri, regional əməkdaşlıq dəhlizləri haqqında danışarkən demək istəyirik ki, ABŞ bütün regional əlaqələrin qurulmasında - bunlar quru nəqliyyatı, dəmiryolu nəqliyyatı, hava nəqliyyatı vasitəsilə ola bilər - çox maraqlıdır”.

1news.az-ın APA-ya istinadən məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Zəngəzur dəhlizinin açılması məsələsinə münasibət bildirirkən deyib.

Səfir ABŞ-ın regionun hər 3 ölkəsi arasında iqtisadi inkişafı təşviq edən bu cür addımları dəstəklədiyini bildirib: “ABŞ tərəflərlə danışıqlar aparmağa davam edir ki, inkişafı dəstəkləyən addımlara öz töhfəsini versin”.

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər