“Facebook” şirkəti adını dəyişdi | 1news.az | Xəbərlər
Dünya

“Facebook” şirkəti adını dəyişdi

Qafar Ağayev08:58 - 29 / 10 / 2021
“Facebook” şirkəti adını dəyişdi

ABŞ-ın "Facebook" şirkəti adını "Meta" olaraq dəyişdirib.

1news.az-ın məlumatına görə, bunu onlayn-təqdimat zamanı şirkətin banisi Mark Zukerberq deyib.

M.Zukerberq bildirib: "İndi bizim adımız "Meta"dır".

O əlavə edib ki, rebrendinqə baxmayaraq, şirkətin missiyası insanları birləşdirmək olaraq qalır.

Onun sözlərinə görə, şirkətin yeni loqosu mavi rəngdə sonsuzluq işarəsi olacaq. M.Zukerberq qeyd edib ki, şirkətə məxsus olan sosial şəbəkələr və tətbiqlərin adları dəyişdirilməyəcək.

Paylaş:
549

Son xəbərlər

Bütün xəbərlər