Mərkəzi Bank uçot dərəcəsini yenidən yüksəldib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank uçot dərəcəsini yenidən yüksəldib

11:09 - 29 / 10 / 2021
Mərkəzi Bank uçot dərəcəsini yenidən yüksəldib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini yüksəldilməsi haqqında qərar qəbul edib.

1news.az-ın məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Uçot dərəcəsi 6,5%-dən 7%-ə, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7%-dən 8%-ə yüksəldilib.

Xatırladaq ki, bu, cari ildə faiz dәhlizinin parametrlәrinә dair sonuncu qərardır.

1news.az

Paylaş:
426

Son xəbərlər

Bütün xəbərlər