Yer kürəsində sutka ərzində meşələrin sahəsi 27 futbol meydançası həcmində azalır
Dünya ölkələri 2030-cu ilədək meşələrin məhvinin dayandırılmasını istəyirlər.
1news.az-ın xəbərinə görə bu məlumat Böyük Britaniya hökumətinin Qlazqo şəhərində keçirilən BMT-nin İqlim sammiti (COP26) ilə bağlı yaydığı Press-relizdə yer alır.
Qeyd olunur ki, bu gün iclasların əsas mövzusu meşələrin kütləvi qırılması olacaq. Söhbət xüsusilə Amazon meşələri, Kanada və Konqonun meşə massivlərindən gedir. Bildirilir ki, Yer kürəsində sutka ərzində meşələrin sahəsi 27 futbol meydançası həcmində azalır.
İştirakçı dövlətlərin meşələrin vəziyyəti ilə bağlı bəyannamə imzalaması da gözlənilir. Böyük meşə massivlərinə malik ölkələr sənədə tərəfdar çıxıb. Bir neçə dövlət yaşıllıqların qorunması üçün təcili maliyyə vəsaiti ayrılmasını təklif edib.
1news.az