“VIII Qlobal Bakı Forumu siyasi reallıqların dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir” - Politoloq | 1news.az | Xəbərlər
Siyasət

“VIII Qlobal Bakı Forumu siyasi reallıqların dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir” - Politoloq

16:51 - 05 / 11 / 2021
“VIII Qlobal Bakı Forumu siyasi reallıqların dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir” - Politoloq

“VIII Qlobal Bakı Forumunda ölkəmizdə, regionda və dünyada baş verən önəmli hadisələrlə bağlı müzakirələrin həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir”.

Bunu 1news.az-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov bildirdi.

“Bu Forum Azərbaycan üçün mötəbər tribuna rolunu oynayır. Forumda ölkə başçısı İlham Əliyevin və digər ölkələrin sabiq prezidentlərinin, o cümlədən önəmli vəzifə sahiblərinin iştirakı deməyə əsas verir ki, Azərbaycan regionda və dünyada mühüm söz sahibidir. Cənab Prezidentin Forumun açılış mərasimindəki nitqi, siyasi reallıqları ictimailəşdirərək beynəlxalq aləmə çatdırması Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edir”

Xəyal Bəşirov əlavə etdi ki, hazırda bütün mövcud reallıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında bu kimi Forumlar böyük əhəmiyyətə malikdir:

“Məhz bu beynəlxaq uğurlu siyasət və beynəlxalq diplomatiya nəticəsində, biz 44 günlük II Qarabağ müharibəsində siyasi, diplomatik hərbi dəstəyi olan mənfur düşməni döyüş meydanında darmadağın etdik .Bizim qələbə qazanan ölkə olaraq, regionda formalaşdırdığımız bütün geosiyasi reallığın şərtlərini dünyaya çatdırmaq öhdəliyimiz var. Bu bizim dövlətimizə, xalqımıza çox vacibir. Məhz bu kimi Forumlar bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu tədbirin 2 gün davam etməsi və oradakı mühüm əhəmiyyətli müzakirələrin aparılması gələcədə xarici siyasətimizdə və diplomatiyamızda müsbət izlər buraxacaq”.

Aytən Sakitqızı

Paylaş:
592

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər