“Qarabağ” tarix yazıb: Qrupdan çıxıb
Konfrans Liqasında qrup mərhələsində IV tur başa çatıb.
1news.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın mübarizə apardığı H qrupunda günün ikinci oyunu keçirilib.
Kiprdə yerli “Omoniya” İsveçrə “Bazel”ini qəbul edib. 17-ci dəqiqədə Andronikos Kakoullisin qolu ilə meydan sahibləri hesabı açıblar. Qonaqlar yalnız ikinci hissədə bərabərlik qolu vurub. Liam Millar 57-ci dəqiqədə fərqlənib.
1:1 hesablı heç-heçə “Omoniya”nın qrupdan çıxmaq şanslarının üstündən xətt çəkib. Kiprlilər ilk iki yerdən bitini tutmaq şansını rəsmən itirib.
Bununla da həm “Bazel”, həm də günün ilk matçında “Kayrat”a 2:1 hesabı ilə qalib gələn “Qarabağ” qrupdan çıxmağı təmin edib. Ağdam klubu Azərbaycan futbolu tarixində qrup səddini adlayaraq mövsümün ikinci hissəsində - gələn il mübarizəni davam etdirə biləcək ilk komanda kimi düşüb.
Tarix yazan “Qarabağ” “Omoniya”nın xal itirməsi ilə qrupdan çıxıbsa, “Bazel”in büdrəməsi ilə liderliyə yüksəlib. Təmsilçimiz “Bazel”lə mübarizədə 1-ci yeri qorusa 1/8 finala, qrupdan ikinci yerlə çıxsa, pley-offa yüksələcək.
1 |
Qarabağ |
4 |
3 |
1 |
0 |
8-3 |
10 |
2 |
Bazel |
4 |
2 |
2 |
0 |
8-4 |
8 |
3 |
Omoniya |
4 |
0 |
2 |
2 |
3-8 |
2 |
4 |
Kayrat |
4 |
0 |
1 |
3 |
4-8 |
1 |
Qeyd edək ki, “Qarabağ” noyabrın 25-də “Bazel”in qonağı olacaq.
1news.az